“Bu il 266 nəfərlə bağlı saxta əlilliklə əlaqədar Baş Prokurorluğa məlumatlar göndərilib ki, bunların məlumatı ya saxtadır, ya da təhrif olunub”.
Pravda.az xəbər verir ki, bu sözləri Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfrasında deyib.
O qeyd edib ki, saxta əlilliklə bağlı mübarizə davamlı prosesdir:
“Şübhəli halda əyani qəbullar keçirilir. Burada səhv ehtimalı minumumdur. Xəstəni görmədən düzgün qərar çıxarmaq çox çətindir”.
Sədrin sözlərinə görə, bir çoxları əyani müayinəyə gəlməkdən imtina edirlər:
"Qeyd edim ki, 193 min nəfərdən hələ 30 faizi bizə müraciət edib. Əlillik müddətli və müddətsiz verilir. 193 mindən bir çoxu sağalıb. Bu səbəbdən say kifayət qədər azdır. Digər halda isə müraciətlər gecikir. Onların bəzilərinin pensiyası bitdikdən sonra müraciət etməyə başlayırlar".