BURADA REKLAMINIZ OLA
BİLƏR

Gözdən əlil şəxs bir neçə gün öncə sürücülük vəsiqəsi alıb - Anar Bayramov

Bu il saxta əlillik alan 266 nəfərlə bağlı Baş prokurorluğa məlumat göndərilib.

 

Pravda.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

 

O bildirib ki, saxta əlilliyin müəyyən edilməsi üçün sənədlər Təhsil Nazirliyinin, Dövlət Yol Polisi, Səhiyyə Nazirliyi və digər qurumların sistemləri vasitəsilə yoxlanılır: "Məsələn, Forma-88-də gözdən əlilliyi olan şəxs araşdırılarkən məlum olub ki, iki ay əvvəl sürücülük vəsiqəsi alıb. Bu cür şəxslərin əlilliyi dayandırılır.

 

2006-cı ildə əlilliyi təsdiqlənən 193 min nəfərin 5 illik əlillik müddəti bitib. Bu vaxta qədər onlardan cəmi 30 faizi yenidən müraciət edib".

Tarix: 16 Sentyabr 2021, 12:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin