BURADA REKLAMINIZ OLA
BİLƏR

Sadəcə peyvəndlə koronavirusdan xilas olmaq mümkün deyil, maskadan istifadə çox vacibdir” - Hande Harmancı

“Azərbaycanda peyvənd qəbul edən insanların sayında artım olması sevindiricidir”.

 

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

 

ÜST nümayəndəsi bildirib ki, Azərbaycan regionda ilk peyvəndləməyə başlayan ölkələrdən biridir: “Nə qədər çox insan daha sürətlə peyvənd qəbul edərsə, bu xəstəliklə mübarizədə əhəmiyyətli nəticəyə gətirib çıxaracaq. İndiyə qədər Azərbaycanda əhalinin təxminən 30%-i iki doza peyvənd qəbul edib. Amma sadəcə peyvənd kifayət etmir. Bütün dünya başa düşdü ki, sadəcə peyvəndlə bu xəstəlikdən xilas olmaq mümkün deyil. Yenə də qapalı, insanların çox olduğu yerlərdə maskadan istifadə etmək çox vacibdir”.

 

APA

Tarix: 16 Sentyabr 2021, 13:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin