Sentyabrın 16-sı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.
Gəncə şəhər Prokurorluğundan verilən məlumatına görə, “Azərenerji” ASC-nin Gəncə Qərb Regional Enerji Təchizatı və Satışı idarəsində usta vəzifəsində işləyən İlyas İsmayılov qeyd edilən yarımstansiyada təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.