BURADA REKLAMINIZ OLA
BİLƏR

Naqif Həmzəyev: "Yeni Azərbaycan Partiyası parlament seçkilərinə böyük qələbə əzmi ilə qatılıb"

Yeni Azərbaycan Partiyası tərəfindən 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Naqif Həmzəyev növbədənkənar parlament seçkilərindən danışıb. 

 

- Naqif müəllim, bildiyimiz kimi seçkilər hər bir ölkənin demokratik inkişafının əsaslarından biri kimi dəyərləndirilir. Ölkəmizin bugünkü inkişafı bu reallığı necə şərtləndirir?

 

- Demokratik seçkilər hüquqi dövlət quruculuğunun əsas göstəricilərindən biridir. Ölkəmizdə seçki qanunvericiliyinin daim təkmilləşdirilməsi, dünyada qəbul edilmiş modelə uyğun seçkinin keçirilməsi çağdaş dövrün tələbi olmaqla yanaşı, həm də Azərbaycanda demokratik mühitin formalaşmasına işarədir. 1993-cü ildən başlayaraq keçirilən bütün seçkilərə, referendumlara, həmçinin ayrı-ayrı vaxtlarda parlamentə, bələdiyyələrə təyin olunmuş əlavə və təkrar seçkilərdə kifayət qədər təcrübə toplayan ölkəmizin seçki institutu, nümunəvi seçki məcəlləsi və qanunvericiliyi var. Kütləvi İnformasiya Vasitələrinin rolundan, insanların sərbəst toplaşmaq azadlığından tutmuş namizədliyin irəli sürülməsi, imzaların toplanması, təhvil verilməsi, namizədliyin qeydə alınması, Konstitusiya Məhkəməsinin seçkinin nəticələrini tanımasına qədər olan seçki prosesi beynəlxalq hüquq və təcrübəyə tam uyğun aparılır. Seçkilərə dair beynəlxalq təşkilatların verdikləri rəylərin müqayisəli təhlili Azərbaycanda peşəkar seçki təcrübəsinin yarandığını, cəmiyyətinin demokratik dəyərlərə sadiq olunduğunu sübut edir.

Tarix: 5 Fevral 2020, 11:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin