Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Qəlyan təklif edən istirahət mərkəzi cərimələndi

943
Paylaş:
Qəlyan təklif edən istirahət mərkəzi cərimələndi

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən istirahət mərkəzi aşkar edilib.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektin inzibatçısı barəsində isə inzibati qaydada tədbir görülüb.

Paylaş:

Ən son xəbərlər