“Şaurma №1” rəhbəri Fərid Zalov özünü restoranlar şəbəkəsinin ortağı kimi təqdim edən Aqil Babayevlə bağlı açıqlama verib.
Pravda.az-ın məlumatına görə, restoranlar şəbəkəsinin rəhbəri Fərid Zalov iqtisadiyyat.az-a açıqlamasında bildirib ki, “12-ci İmam” kimi təqdim edilən Aqil Babayev heç vaxt “Şaurma №1” restoranlar şəbəkəsinin şəriki olmayıb:
““Şaurma №1” restoranlar şəbəkəsi 1998-ci ildə fəaliyyətə başlayıb və hazırda da ölkə üzrə 20-dən çox filialda “Şaurma N1” brendi altında xidmət göstərir. Həmin restoranlar şəbəkəsi təşkilati hüquqi forma baxımından sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində dövlət qeydiyyatından keçərək müvafiq vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alıb.