Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycan ərazisinə keçmiş erməniləri qarşı tərəfə qaytardı

1 355
Paylaş:
Azərbaycan ərazisinə keçmiş erməniləri qarşı tərəfə qaytardı

Azərbaycan öz ərazisinə keçmiş iki Ermənistan vətəndaşını qarşı tərəfə təhvil verib.

Pravda.az-ın xəbərinə görə, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Azərbaycan tərəfi saat 23:45-də Ermənistan vətəndaşlarını qarşı tərəfə qaytarıb. Qeyd edək ki, sentyabrın 19-da Ermənistanın Milli Təhlükəsizlik Xidməti Kotaysk əyalətinin Kasax icmasının iki sakininin Azərbaycan ərazisinə keçməsi barədə məlumat yayıb. Xidmət Ermənistan vətəndaşlarının nə üçün Azərbaycana keçdiklərini açıqlamayıb.

Report

Paylaş:

Ən son xəbərlər