Sentyabrın 22-də 2021-2022-ci tədris ilinə start veriləcək. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yoluxma sayının azaldılması, epidemioloji vəziyyətə nəzarətin gücləndirilməsi məqsədilə vaksinasiya prosesinin sürətləndirilməsinə başlanılıb.
Təhsil naziri Emin Əmrullayev “Artıq təhsil işçilərinin 80 faizi peyvənd olunub. Az sayda vaksin vurdurmayan təhsil işçiləri var və inanıram ki, məktəblərin açılmasına qədər peyvənd olunacaqlar” açıqlamasını versə də, konkret olaraq, vaksinasiyadan keçməyən müəllimlərlə bağlı hansı qərar veriləcəyini bildirməyib.