Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 15 ümumi təhsil müəssisəsinə yeni direktor təyin olunub.
İdarədən verilən xəbərə görə, yeni təyinatlar paytaxtdakı 109, 136, 156, 170, 172, 173, 31, 21, 229, 262, 312, 52, 55, 59, 96 nömrəli tam orta məktəblər üzrə müsabiqəyə çıxarılmış vakant vəzifələri əhatə edib. Yeni təyin olunmuş məktəb rəhbərləri işə qəbul üzrə müvafiq müsabiqənin bütün mərhələlərindən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) uğurla keçmiş şəxslərdir.