Hüquqşünas Aslan İsmayılovla AFFA, eləcə də “Keşlə” futbol klubu arasında gərginlik yaranıb.
Pravda.az-ın xəbərinə görə, buna səbəb A.İsmayılovun qurumu tənqid etməsi olub.
“Artıq 2 ildir ki, “Keşlə” futbol klubu “İnter” stadionuna (keçmiş Şəfa) 5 min 800 manat icarə pulunu ödəmir. Buna görə də stadion əməkdaşlarına əmək haqları və sosial müdafiə fonduna vergi ödəyə bilmir. Bu barədə mənə müraciət olunduqdan sonra dəfələrlə problemi ictimailəşdirmədən həll etmək istəmişəm. Buna görə Keşlə FK prezidenti Zaur Axundov adlı birisi ilə bir neçə danışmışam. Borcu etiraf edib ödəcəyini bildirib. Z.Axundovun dostu AFFA-nın Baş Katibi Elxan Məmmədova bir neçə dəfə zəng etmişəm. Bu “Boss” telefonumu qaldırmayıb. SMS yazmışam və tanışları vasitəsilə fəhlələr əmək haqlarsız qaldığını bildirmişəm. Bu zənglər, yazışmalar, xahişlər təxminən 3 aydır ki, davam edir və bu günə qədər heç bir nəticə yoxdur. Bu isə ölkədə tam dərəbəylikdən xəbər verir. Hərənin özü üçün bir boss olduğunu, heç kimi saymadıqlarından xəbər verir. İndi Siz sıravi vətəndaşların bu bosslardan çəkdiklərini təsəvvür edin. Buradan ölkənin Baş Prokuroru Kamran Əliyevə müraciət edirəm. Siz gündə bir elan verib, bir neçə min oğurlandığını bildirib korrupsiyaya qarşı mübarizə apardığınızı elan edirsiniz. Mən sizə yüz milyonun oğurlandığı ünvanı deyirəm. Gedin AFFA-da olan yeyintiləri araşdırın, yüz milyonu müəyyən edin və futbolumuzun bu rəzil durumda nədən olduğunu bilin”.
AFFA A.İsmayılovun feysbuk sosial şəbəkəsində yazdıqlarının böhtan xarakterli olduğu bildirilib: “AFFA azsaylı ictimai-idman təşkilatlarından biridir ki, hər il hesabat Konfransında futbol ictimaiyyətinin, mətbuat nümayəndələrinin və dövlət strukturları təmsilçilərinin, həmçinin üzvü olduğu FIFA və UEFA kimi beynəlxalq təşkilatların rəsmilərinin qarşısında fəaliyyəti ilə bağlı hesabat verir və həmin hesabata AFFA-nın gəlirləri və xərcləri ilə bağlı maliyyə hesabatları da daxildir. 2010-cu ildən bu ilə qədər AFFA-nın bütün hesabatları assosiasiyanın saytında yerləşdirilib və maraqlanan hər kəs həmin hesabatlarla tanış ola bilər. Özünü hüquqşünas adlandıran istənilən şəxs bu cür ittihamları səsləndirən zaman konkret hüquqi sənədlərə istinad etməli, populizm ilə məşğul olmamalıdır. Aslan İsmayılov qeyd olunan facebook paylaşımı ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının işgüzar nüfuzuna xələl gətirdiyi üçün onun barəsində müvafiq strukturlara müraciət etmək hüququnu özümüzdə saxlayırıq”.
"Keşlə" də hüquqşunas Aslan İsmayılovun iddialarına münasibət bildirib: ““Keşlə” və AFFA haqqında şər və böhtan xarakterli məlumatlar paylaşan hüquqşünas Aslan İsmayılovun klubun guya hansısa borcunu ödəməməsi barədə ittihamları ilə bağlı bildiririk ki, “İnter PİK” MMC ilə “Keşlə Futbol Klubu” MMC arasında 2017-ci il 23 oktyabrda “İnter Arena”nın əvəzsiz istifadəsi ilə bağlı müqavilə bağlanmış, müqavilədə istifadə olunan ərazinin kommunal ödənişləri və əmlak vergisinin “Keşlə Futbol Klubu” MMC tərəfindən ödəniləcəyi qeyd edilib. 2018-ci il fevralın 1-də müqaviləyə 1 saylı dəyişiklik edilib, “İnter Arena”da sahələrdən isifadə üçün 13 000 manat ödəniləcəyi razılaşdırılıb (Kommunal ödənişlər və əmlak vergisi əlavə olaraq ödənilməklə).
2019-cu il martın 1-də isə “Keşlə Futbol Klubu İctimai Birliyi” rəhbərliyi, “Keşlə Futbol Klubu” MMC-nin “İnter PİK” MMC-yə olan 27 890 manat borcu ödəməyi öz üzərinə götürüb, bu öhədliklər aşağıda qeyd olunan tarixlərdə hissə-hissə icra edilib:
01.03.2019 – 3,000.00 (üç min) manat
24.07.2019 – 5,000.00 (beş min) manat
21.10.2019 - 3,000.00 (üç min) manat