BURADA REKLAMINIZ OLA
BİLƏR

Oğuzda ər arvadını döyərək öldürdü

Oğuzda qadın öldürülüb.

 

Pravda.az-ın məlumatına görə, hadisə Böyük Söyüdlü kəndində baş verib.

 

Kənd sakini, 1957-ci il təvəllüdlü Gülgəz Abdurrahman qızı Mustaqova döyülüb. Altmış dörd yaşlı G.Mustaqova Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətlərdən orada ölüb.

 

Hadisəni törətməkdə qadının əri, 1958-ci il təvəllüdlü Vaqif Alcan oğlu Mustaqov şübhəli bilinir. Məlumata görə, hadisə ailə münaqişəsi zəminində törədilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Report

Tarix: 21 Sentyabr 2021, 09:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin