BURADA REKLAMINIZ OLA
BİLƏR

"Müəllimin, həkimin namizədlərlə görüşməsinə niyə bu cür reaksiya verilir?" - Məzahir Pənahov

 “Müəllimlər, həkimlər də seçicidir. Onlar da namizədlərlə görüşə bilərlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

 

MSK sədri bildirib ki, bir çox saytda bununla bağlı xəbərlər yayılır: “Mən başa düşmürəm ki, müəllim, həkim seçici deyilmi? Onların deputatlığa namizədliyi qeydə alınmış şəxslərlə görüşməsinə niyə bu cür reaksiya verilir. 18 yaşı olan istənilən Azərbaycan vətəndaşının seçki hüququ var. Bu da həmin məsələlərdən biridir”.

 

M. Pənahov vurğulayıb ki, yerli hakimiyyət orqanları namizədə köməklik edirsə, bu məsələ araşdırılmalıdır: “Amma digər məsələlərlə kimlərsə məşhur olmaq istəyir”.

Tarix: 5 Fevral 2020, 17:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin