Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Qafqaz şahinini tutan şəxslər saxlanıldı

25 282
Paylaş:
Qafqaz şahinini tutan şəxslər saxlanıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xaçmaz rayonu ərazisində ov edən iki şəxs saxlanılıb.

Bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.

Onun sözlərinə görə, brakonyerlərə məxsus 90-OS-913 dövlət nömrə nişanlı VAZ 21014 markalı avtomobilə keçirilən baxış zamanı vəhşi təbiətdən tutulmuş diri vəziyyətdə qaragöz və adı "Qırmızı kitab"a düşən Qafqaz şahini aşkar edilib.

“Araşdırma zamanı qanun pozucularının Bakı şəhəri sakinləri Orxan Qurbanov və Ayxan Həsənov olduğu müəyyən edilib. Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

B.Məhəmmədov bildirib ki, baytar nəzarətindən sonra quşlar təbiətə buraxılıb.

Paylaş:

Ən son xəbərlər