BURADA REKLAMINIZ OLA
BİLƏR

İqbal Məmmədovla bağlı şikayətin araşdırılması DSK-ya tapşırıldı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Ramil Hüseynovun həmin dairədən namizəd olan İqbal Məmmədovla bağlı şikayətinə baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, bununla bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

 

İ. Şahbazov deyib ki, şikayətdə məntəqə seçki komissiya üzvlərinin seçkiqabağı təşviqatda iştirak etmələri bildirilib: “Araşdırmadan sonra məlum oldu ki, həqiqətən də məntəqə seçki komissiyasının bir üzvü İqbal Məmmədovun seçkiqabağı təşviqat kampaniyasında iştirak edir".

 

MSK-da məsələ müzakirə edilib və bildirilib ki, dairə seçki komissiyası məsələni araşdırsın.

Tarix: 5 Fevral 2020, 17:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin