Goranboyda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Pravda.az xəbər verir ki, rayonun Buzluq kənd sakini, 1956-cı il təvəllüdlü Nağıyev Əmraslan idarə etdiyi "Niva" markalı avtomobillə qudası, 1966-cı il təvəllüdlü Fərrux Qasımovu vurub. Hadisə nəticəsində Fərrux Qasımov dünyasını dəyişib.
İlkin məlumata görə, hadisə mübahisə zəminində baş verib.