BURADA REKLAMINIZ OLA
BİLƏR

Cəlilabad və Zaqatalada YANĞIN

Cəlilabad və Zaqatalada fərdi ev yanıb.

 

Bu barədə Pravda.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

 

Belə ki, Cəlilabad rayonunun Çünəxanlı kəndində ümumi sahəsi 144 m² olan kürsülü birmərtəbəli evin (çiy kərpic və taxta konstruksiyalardan ibarət) yanar konstruksiyaları yanıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

 

Zaqatala rayonunun Yuxarı Tala kəndində ümumi sahəsi 100 m² olan kürsülü birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Tarix: 22 Sentyabr 2021, 23:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin