Sabirabad rayonunda evdə oğurluq hadisəsi olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Sabirabad rayonunda evdə oğurluq hadisəsi olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-dən 22-dək olan müddətdə şəhər ərazisindəki evlərin birindən 800 manat pul oğurlamaqda şübhəli bilinən Suqovuşan kənd sakini N.Məmmədov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun daha bir evdən 10 400 ABŞ dolları, 2 300 manat pul və içərisində qızıl-zinət əşyaları olan seyfi oğurlaması da müəyyən edilib.