"Maya” ləqəbli falçı Şəfəq İsmiyeva Rəna Ağarzayevadan övladının bəxtini açdırmaq üçün dələduzluq yolu ilə aldığı bir milyon manat pulun bir hissəsini qaytarıb.
Pravda.az-a verilən məlumata görə, dünən cinayət işi üzrə təqsirləndirilənlər - Sabirabad rayon sakini Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi müəyyən səbəblərdən təxirə salınıb.
Baş verən cinayətə görə Ceyhun Zeynallı özünü günahkar bilmir. Şəfəq İsmiyeva iddiası əsasında Ceyhun Zeynallıdan hamilə olduğu üçün məhkəmənin hökmü ilə sərbəst buraxılıb. Artıq falçı uşaq da dünyaya gətirib.