Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Daşkəsəndə itkin düşən şəxslərə məxsus paltar, çəkmə, gödəkçə tapılıdı

929
Paylaş:
Daşkəsəndə itkin düşən şəxslərə məxsus paltar, çəkmə, gödəkçə tapılıdı

“Daşkəsən rayonunda itkin düşən şəxslərin axtarışları davam etdirilir”.

Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib.

O bildirib ki, bu gün səhər saatlarında Göygöl-Kəlbəcər rayonları arasında yerləşən ərazidə Daşkəsəndə itkin düşən iki nəfərə məxsus paltar, çəkmə, uşaqlardan birinin gödəkçəsi və at sümükləri tapılıb: “Hazırda hadisə yerinə ANAMA və polis əməkdaşları cəlb edilib. Həmin şəxslərin tapılması istiqamətində Göygöl-Kəlbəcər rayonları ərazisində intensiv axtarış işləri həyata keçirilir”.

Qeyd edək ki, bu ilin iyul ayının 30-da Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri - 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov itkin düşüb.

Paylaş:

Ən son xəbərlər