BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusa qarşı vaksin hazırlandı

Londonun İmperiya Kolleci yeni koronavirusa qarşı vaksinin hazırlanması haqqında bildirib.

 

Pravda.az-ın xəbərinə görə, vaksinin laboratoriya mərhələsi cəmi 14 gün çəkib. Artıq gələn həftə preparatı heyvanlar üzərində yoxlamağa başlayacaqlar.

 

Adətən iş kliniki sınaqlara qədər yalnız iki-üç il sonra çatır. Lakin professor Robin Şettok alimlərin işində qeyri-adi operativlik göstərib.

 

Qeyd edilir ki, əgər bunun üçün maliyyələşmə kifayət qədər olsa, artıq yayda vaksin insanların müalicəsinə tətbiq edilə bilər.

 

“Report” xatırladır ki, İtaliya alimləri də koronavirusa qarşı yeni vaksin hazırladıqlarını açıqlayıblar.

Tarix: 6 Fevral 2020, 07:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin