Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Pravda.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadəsini epizodlar üzrə davam etdirib.
E.Həsənov özünü təqsirli bilmədiyini deyib və prokurorun epizodlar üzrə suallarını cavablandırıb.