Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

“Rəsmi sənədləşmələr zamanı hicabı açmaq tələbində narazılıq doğuracaq nəsə yoxdur”

1 333
Paylaş:
“Rəsmi sənədləşmələr zamanı hicabı açmaq tələbində narazılıq doğuracaq nəsə yoxdur”

"Azərbaycan dövləti dini etiqad azadlığını təmin edir və bu, Konstitusiyada da öz əksini tapıb. Qadınlar hicab taxmaqda sərbəstdirlər, hər kəsin şəxsi işidir. Lakin rəsmi sənədləşmələr zamanı hicabı açmaq tələbində narazılıq doğuracaq nəsə yoxdur".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın sözlərinə görə, dövlət orqanlarında rəsmi sənədlərin qeydiyyatdan keçirilməsi prosesində foto çəkilişi zamanı, təbii ki, qadınlardan hicabın çıxarılması tələbi normaldır: "Bu, təkcə bizim ölkədə yox, bütün dünyada belə qəbul edilib. Dövlət sərhədlərini keçən zaman insanın profildən baş örtüksüz fotosu tələbini pozmaq olmaz. Burada narazılıq doğuracaq səbəb yoxdur, şəxsi sənədlər mütləq yoxlanılmalıdır. Ümumi qaydalara hər kəs riayət etməlidir. Bundan narazılıq etmək üçün əsaslı səbəb olduğunu hesab etmirəm".

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər