Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşlarının ANAMA əməkdaşlarının iştirakı ilə birlikdə keçirdikləri axtarış tədbirləri nəticəsində iyul ayının 30-da itkin düşmüş Daşkəsən rayon Alaxançallı kənd sakinləri 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş cəsədlərini Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə aşkarlayıb.
İki aydır axtarılan İsmətlə Ülfətin cəsədləri tapıldı
Pravda.az-ın məlumatına görə, hava şəraiti ilə əlaqədar cəsədlər ərazidən çıxarılmayıb.
Onların nəşi sabah prokurorluq əməkdaşlarının iştirakı ilə ərazidən çıxarılacaq.