BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirlər Kabinetinin iclasında ərzaq bahalaşması müzakirə edildi

Qlobal ərzaq bazarlarında bəzi məhsullar üzrə qiymətlərdə müşahidə edilən bahalaşmanın ölkənin ərzaq təminatına mənfi təsirinin qarşısının alınması müzakirə edilib.

 

Pravda.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 2022-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə həsr olunmuş geniş iclasında bildirilib ki, kənd təsərrüfatı sahəsində əsas prioritet keyfiyyət dəyişikliyinə nail olmaq, məhsuldarlıq və səmərəliliyi artırmaqdır.

 

Eyni zamanda vurğulanıb ki, qlobal ərzaq bazarlarında bəzi məhsullar üzrə qiymətlərdə müşahidə edilən bahalaşmanın ölkənin ərzaq təminatına mənfi təsirinin qarşısının alınması, idxaldan asılılıq səviyyəsinin azaldılması və ərzaq təhlükəsizliyinin etibarlı təşkil edilməsi xüsusi diqqət tələb edən məsələlərdəndir.

 

Bu baxımdan, dünya birjalarında buğda kəskin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı subsidiya dəstəyi barədə müvafiq qərarların qəbul olunduğu bildirilib.

Tarix: 24 Sentyabr 2021, 19:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin