38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Naqif Həmzəyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir.
Pravda.az-ın xəbərinə görə, kampaniya çərçivəsində Naqif Həmzəyev seçildiyi ərazinin sakinləri ilə fərdi görüşləri zamanı YAP-ın seçki proqramı haqqında, həmçinin ölkəmizdə həyata keçirilən sosial-iqtisadi, hüquqi və struktur islahatları barədə seçicilərə məlumat verib. Deputatlığa namizəd seçiciləri fevralın 9-da keçiriləcək parlament seçkilərində öz seçki hüquqlarından istifadə etməyə və fəal olmağa çağırıb.