Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Hündürlükdən yıxılan şəhid qardaşı ilə bağlı AÇIQLAMA

1 811
Paylaş:
Hündürlükdən yıxılan şəhid qardaşı ilə bağlı   AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Vətən müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşı, 38 yaşlı Pərviz İsgəndərov yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılıb.

Xəstəxanadan verilən məlumata görə, P.İsgəndərovun vəziyyəti çox ağırdır.

Qeyd edək ki, bu gün P.İsgəndərovun hadisə nəticəsində dünyasını dəyişməsi ilə bağlı xəbər yayılmışdı.

APA

***

17:42

Gəncədə bədbəxt hadisə qeydə alınıb.

Pravda.az xəbər verir ki, 38 yaşlı Pərviz İsgəndərov yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılıb.

O, dərhal xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq, P.İsgəndərov xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Pərviz İsgəndərov Vətən Müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşıdır.

Şəhid Bəhruz İsgəndərov




Qafqazinfo

Paylaş:

Ən son xəbərlər