BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident Çindən təxliyə olunan azərbaycanlılarla bağlı göstəriş verdi

Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları Çindən təxliyə olunan azərbaycanlılarla görüş keçirib.

 

Pravda.az-ın xəbərinə görə, təxliyə edilənlərin istəkləri yerinə yetirilib.

 

Hazırda onların vəziyyətlərində problem aşakarlanmayıb, vəziyyətləri yaxşıdır.

 

Qeyd edək ki, fevralın 1-də Çinin koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Türkiyə öz vətəndaşları ilə yanaşı 6 Azərbaycan vətəndaşını da təxliyə edib. Həmin şəxslər əsasən tələbələrdir. Onlar 14 gün müddətində karantində saxlanılacaq.Report

Tarix: 6 Fevral 2020, 11:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin