BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısı həbsdəki qohumlarını azadlığa çıxardı

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bir müddət əvvəl Baş Prokurluq Yanında Korrupsiaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs edilən yaxın qohumlarını azadlığa buraxdırmağa nail olub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə  icra başçısının qohumlarının işi üzrə   Bakı Ağır Cinayətlər Məhkəməsində qərar verilib.

 

Hakim Əli Məmmədovun sədliyi ilə keçirilən prosesdə icra başçısı İradə Gülməmmədovanın bacısı oğlu və digər yaxınları azadlığa buraxılıb.

 

Azadlıqdan məhrumetmə cəzasına məhkum olunan yeganə şəxs isə Abşeronun sabiq baş memarı Akif Əliyev olub.

 

Məhkəmənin hökmü ilə ona 10 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

Qeyd edək ki, Akif Əliyev rayonda baş memar kimi formal olaraq çalışıb. Bütün işlər icra başçısının yaxınlarının vasitəsi ilə həyata keçirilib. Ancaq nədənsə həbsə gedən də Akif Əliyev olub.

 

Xatırladaq ki,  Abşeron Rayon İcra Hakimiyyətinin həbsdə olan Memarlıq və tikinti şöbəsinin sabiq müdiri (baş memar) Akif Əliyev, Abşeron Rayon İcra Hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı mənzil təsərrüfat istehsalat istismar-təmir sahəsinin sabiq rəisi Murad Əhmədov, Cəfər Əkbərov, Seymur İsmayılzadə, Şamil Xəlilov, Emin Süleymanov, Babəl Alıyev, Tural Ağaməmmədov və Novruz Əliyev və daha 5 nəfər bir sıra cinayətlərdə ittiham olunurdu.

 

Gununsesi.info

Tarix: 25 Sentyabr 2021, 23:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin