Oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulmuş qadağa aradan qaldırılır. Rayonlararası nəqliyyatdan istifadə etmək istəyənlərdən isə COVID-19 pasportu tələb olunacaq.
Pravda.az-ın məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Turanə Əkbərova deyib ki, Bakı Beynəlxalq Ağtovağzal Kompleksində fəaliyyət göstərən sürücülərin böyük əksəriyyəti peyvənd olunub.