60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı Qaracala qəsəbəsi və Arxarası kəndinin sakinləri ilə görüş keçirdi.
Namizədin vəkili Emin Bayramov Fəzail Ağamalının bioqrafiyasını görüş iştirakçılarının diqqətinə çatdırdı. Kənd sakinlərindən Ramil Zeynalov, Gülnaz Səfərova, Fazil Kolanı, Sahmurad Mənsimov, Adilə Həşimova, ağsaqqallardan Qulu Novruzov və Hacı Məmməd Hüseynov çıxışlarında Fəzail Ağamalı haqqında ürək sözlərini dedilər və ona ugurlar arzuladılar.
Fəzail Ağamalı çıxışında xalqımızın ərazi bütövlüyümüz və müstəilliyimiz uğrunda apardığı mübarizəni, 90-cı illərin əvvələrində ölkəmizin üzləşdiyi ağır durumu, istiqlalımızın və milli dövlətçiliyimizin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı faciəli günləri, Ulu Öndərimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi və iradəsi ilə siyasi hakimiyyətə gəlməsinin zəruriliyini ,onun dövlət quruculuğu sahəsində həyata keçirdiyi çoxşaxəli və titanik fəaliyyəti konkret faktlarla önə çəkdi.