ABŞ-ın Montana ştatının Liberti dairəsində sərnişin qatarının relsdən çıxması nəticəsində azı 3 nəfər həlak olub.
Pravda.az xəbər verir ki, bu barədə CBS telekanalı dairənin şefinə və qatarın aid oduğu “Amtrak” dəmiryol şirkətinə istinadən məlumat yatıb. Hüquq-mühafizə orqanlarının nümayəndəsi də qəza zamanı 3 nəfərin həlak olması barədə informasiyanı təsdiqləyib.
Qeyd edilir ki, “Empire Builder” qatarı yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 02:00-da) relsdən çıxıb. Hadisə zamanı qatarda 147 sərnişin və briqadanın 13 üzvü olub.
“The New York Times” qəzeti isə qəza zamanı azı 50 nəfərin xəsarət aldığını xəbər verib.