Bakıda məktəb direktorlarından birinin sosial şəbəkədə çıxışı yayılıb.
Şagird və valideynlərin qarşısında çıxış edən orta məktəb direktoru 27 sentyabr “Anım gününə” “Zəfər günü”, 44 günlük II Qarabağ müharibəsinə isə 24 günlük müharibə deyib.
27 sentyabr “Anım gününə” “Zəfər günü”, 44 günlük Vətən müharibəsinə isə 24 günlük müharibə deyən Binəqədi rayonu E.Sultanov adına 217 N-li tam orta məktəbin direktoru Bənövşə Cəfərovadır.
Məlumata görə, Bənövşə Cəfərova Samux rayon icra başçısı Alı Qocayevin həyat yoldaşıdır.