BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə Nazirliyi məlumat yaydı

Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən “Texnofest-2021” festivalının son günündə hərbi təyyarəçimizin növbəti uçuşu nümayiş olunub.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, uçuşdan əvvəl Vətən müharibəsi zamanı şəhid olan hərbi qulluqçularımızın əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının şanlı bayrağı dalğalandırılıb.

 

Hərbi təyyarəçimizin İstanbul səmasında çətin pilotaj manevrlərlə nümunəvi uçuşu aviaşounu izləyən qonaqların marağına səbəb olub.

 

Qeyd edək ki, Atatürk Beynəlxalq Hava limanında keçirilən “Texnofest-2021” aviasiya, kosmos və texnologiyalar festivalının dördüncü ilində Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd MİQ-29 döyüş təyyarələri müxtəlif günlərdə nümunəvi uçuşlar ediblər.

Tarix: 26 Sentyabr 2021, 18:03   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin