Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulacaq.

Pravda.az xəbər verir ki, autsayder "Sabah" "Neftçi"ni qəbul edib. Meydan sahibləri mövsümdə ilk qələbəsini qazanamağa çalışsa da, son çempion "Neftçi" 2:1 hesabı ilə qalib gəlib.

Digər görüşdə isə ardıcıl 3 oyundur qalib gələn "Qəbələ" "Sumqayıt"ın qonağı olacaq. 

 

26 sentyabr

Azərbaycan Premyer Liqası

5-ci tur

17:00. “Sabah” – “Neftçi” - 1:2 

Qol: Aleksey İsayev, 81 - Ramon Maçado, 20, Mamadu Kane, 78

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev

“Bank Respublika Arena”