BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN Bakıda bəzi ərazilərin su basması ilə bağlı məlumat yaydı

Sentyabrın 26-da gecə saatlarından başlayaraq intensiv yağan yağışlar nəticəsində Bakı şəhərində bəzi fərdi evlər və həyətyanı sahələrin, kommunikasiya obyektinin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Pravda.az-a verilən məlumata görə, bununla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb edilib.

Görülmüş tədbirlər sayəsində paytaxın Binəqədi və Xəzər rayonları üzrə subasmaya məruz qalmış ərazilərdən yağış sularının kənarlaşdırılması təmin olunub.





Tarix: 26 Sentyabr 2021, 20:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin