BURADA REKLAMINIZ OLA
BİLƏR

Seçkilər bitdi, “exit poll” nəticələri açıqlandı

Almaniyada parlament seçkisi üçün səsvermə məntəqələri bağlanıb.

Pravda.az xəbər verir ki, 60 minədək məntəqə saat 19:00-dək fəaliyyət göstərib. Artıq seçkilərin ilkin “exit-poll” nəticələri də açıqlanıb. Nəticələrə əsasən, Olaf Şoltsun rəhbərlik etdiyi sosial-demokratlar 26% səslə liderdir. Armin Laşetin Mühafizəkarlar Pariyası 24% səslə ikinci, Annalena Berbokun rəhbərlik etdiyi “İttifaq 90/Yaşıllar” partiyası 14,5% səslə üçüncüdür. “Solçular” da 5%-lik seçki həddini aşaraq parlamentə daxil olublar.

Qeyd edək ki, seçkilərin yekun rəsmi nəticələrinə əsasən, yeni kanslerin rəhbəriliyi ilə hökumət qurulacaq.

Tarix: 26 Sentyabr 2021, 20:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin