BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəmaləddin Heydərov zabitlərin kirayə pulunu hələ də ödəməyib

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətində çalışan zabit və gizirlərin ev pulunun ödənilmədiyi haqda xəbərlər yayılmışdı.

 

Pravda.az-ın məlumatına görə, hələ də məsələ həllini tapmayıb.

 

Xidmətin əməkdaşlarına aylardır ki, kirayə pulu verilmir. Həmçinin, Türkiyədə baş verən meşə yanğınlarının qarşısının alınmasında iştirak etmiş FHN əməkdaşları da kirayə pullarını ala bilmirlər. Məsələ ictimailəşdikdən sonra FHN tərəfindən tədbir görüləcəyi gözlənilsə də, problem yoluna qoyulmayıb.

 

Bildirilir ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Şahmar Paşayevin kirayə pullarını niyə vermədiyi aydınlaşmayıb. Zabitlərin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məktub ünvanladığı bildirilir. FHN-in mövqeyini işıqlandırmağa hazırıq.

 

Tia.az

Tarix: 26 Sentyabr 2021, 23:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin