27 sentyabr Anım Günü ilə əlaqədar olaraq, Bakıda Ağ şəhər bulvarı istiqamətində kəsişən, bitişən bəzi küçə və prospektlərdən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub və istiqamətlər dəyişdirilib.
Pravda.az xəbər verir ki Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yolisi Polisi İdarəsinin açıqlamasında qeyd edilib ki, səhər saat 06:30-dan 14:00-a qədər Afiyəddin Cəlilov, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Puşkin, Rixard Zorge, Kövkəb Səfərəliyeva, Niyazi və Mehdi Hüseyn küçələri, Azadlıq və Neftçilər prospektləri, eləcə də Azneft meydanından avtomobillərin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcək.