“Azərbaycan Dəmir Yolları” QSC-də ölkədaxili sərnişindaşıma xidməti, eləcə də Bakı-Gəncə-Bakı sürət qatarının iş fəaliyyəti təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sərnişinlərin qatarlarda gediş-gəlişinin necə təşkil olunacağı ilə bağlı qaydalar üzərində də iş gedir. Təmir işləri tamamlanacağı vaxt dəqiq məlum deyil, ona görə də işlər tamamlananda ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək.