Ucarda oğurluq edən Göyçay sakini saxlanılıb.
Pravda.az xəbər verir ki, gecə saat 3 radələrində pəncərədən dükana girən şəxs marketdə təmizlik işi aparan obyekt sahibi ilə qarşılaşıb.
Bu zaman oğru ilə market sahibi əlbəyaxa olublar. Əlbəyaxa dava zamanı oğru vintaçanla market sahibinə zərər yetirərək hadisə yerindən qaçıb.
