Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) işçisi olan xanıma 13-cü imam olduğunu “təsdiqləyən” “sertifikat” verilməsi ilə bağlı məsələyə AMEA-nın münasibəti bəlli olub. AMEA-nın İctimaiyyətlə əlaqələr və analitik informasiya sektorunun müdiri Leyli Namiqqızı Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı heç bir açıqlama verilməyəcək: “Hər başdanxarab durub bir şey yazacaq və bu boyda akademiya ona cavab vermək məcburiyyətində deyil”.
Qeyd edək ki, vəkil Aqil Layıc bildirib ki, AMEA-nın işçisi olan xanıma 13-cü imam olduğunu “təsdiqləyən” “sertifikat” verilib.