BURADA REKLAMINIZ OLA
BİLƏR

Səhiyyə Nazirliyi: "Koronavirusla bağlı bütün hazırlıq işləri görülüb"

Səhiyyə Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

 

Bu barədə Pravda.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

İclasda gündəlikdə duran bir sıra məsələlərə toxunulub.

 

Görüşdə Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov, Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri Viktor Qasımov, eləcə də İctimai Şuranın sədri Rüstəm Salayev, sədr müavini Ziba Nəbiyeva, şuranın katibi Taryel Eyvazov və şuranın üzvü Yeganə Sultanova iştirak ediblər.

 

İclası İctimai Şuranın sədri Rüstəm Salayev giriş sözü ilə açaraq il ərzində görülən işlər barədə məlumat verib.

 

Sonra koronovirusa qarşı görülən tədbirlər barədə nazirliyin sektor müdiri Viktor Qasımov məlumat verib. O, bildirib ki, bu sahədə zəruri olan bütün vasitələr ölkəmizə gətirilib və bütün hazırlıq işləri görülüb.

 

İctimai Şura üzvlərini maraqlandıran sualları Səhiyyə nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov tərəfindən cavablandırılıb.

Tarix: 6 Fevral 2020, 17:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin