Məzmuna keç
Pravda.az — xəbər portalı
İdman

Teymur Rəcəbov Levon Aronyana qalib gəldi

1 160
Paylaş:
Teymur Rəcəbov Levon Aronyana qalib gəldi

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində V turun oyunları keçirilir.

Pravda.az-ın məlumatına görə, Azərbaycan təmsilçiləri də növbəti görüşlərini keçiriblər.

Teymur Rəcəbov bu turda Levon Aronyanla qarşılaşıb. Qrossmeysterimiz bu prinsipial görüşdə qələbə qazanıb. O, ağ fiqurlarla oynadığı 2-ci partiyada rəqibini məğlub edib. 4 oyunun yekununda Teymur 2,5:1,5 hesabı ilə qalib gəlib.

Şəhriyar Məmmədyarov isə turu məğlubiyyətlə başa vurub. O, Vladislav Artemyevə 1,5:2,5 hesabı ilə uduzub.

Paylaş:

Ən son xəbərlər