Rusiya Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi vəzifəsinə Azərbaycan əsilli Rəşid İsmayılovun namizədliyini irəli sürüb.
Pravda.az xəbər verir ki, bu, Moskvada keçirilən beynəlxalq informasiya təhlükəsizliyi üzrə MDB nazirlərinin görüşündə qərara alınıb.
Tədbirdə Azərbaycan (müşahidəçi qismində), Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndələri iştirak ediblər.
Məsləhətləşmələr zamanı MDB üzvü olan ölkələr arasında qlobal və regional platformalarda beynəlxalq informasiya təhlükəsizliyinin təminatı sahəsində əməkdaşlıq məsələlərinə diqqət yetirilib.