Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin Ukraynanın Ali Radasının “Xalqın qulluqçusu” partiyasından deputatı Liza Yasko ilə evləndiyi məlum olub.
Pravda.az xəbər verir ki, bu barədə videoyazını xanım deputat feysbuk səhifəsində paylaşıb.
Videoda M.Saakaşvili deyib ki, hamını Liza ilə bir yerdə olması barədə məlumatlandırmağa qərar verib: “Biz yeni həyat, yeni ailəyə başlayırıq... İstəyirik ki, hər kəs bizim vəziyyəti anlasın və bizə xoşbəxtlik arzulasın”.