Gürcüstanın keçmiş birinci xanımı Sandra Rulofs Gürcüstan əhalisini ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin hərəkətlərini layiqincə qiymətləndirməyə və layiqli gələcək naminə yerli özünüidarə orqanlarına seçkilərdə səs verməyə çağırıb.
Sandra Rulofs Saakaşvilini dəstəklədi: “Qalibdir”
"O sözünü yerinə yetirdi! Sülhlə gəldi, bütün ölkəni gəzdi, necə davranmalı olduğumuzu göstərdi... Hamısı referendum üçün! Mişa qalibdir!" - Sandra Rulofs facebook-da yazıb.