Məzmuna keç
Pravda.az — xəbər portalı
İdman

Rəcəbov Məmmədyarova qalib gəldi

1 118
Paylaş:
Rəcəbov Məmmədyarova qalib gəldi

Norveçli Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsinin VIII turunda Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov üz-üzə gəlib.

Pravda.az-ın məlumatına görə, görüş Rəcəbovun qələbəsi ilə yekunlaşıb - 2,5:1,5.

İlk 3 partiya heç-heçə ilə yekunlaşıb. Yalnız sonuncu partiyada Rəcəbov qara fiqurlarla qalibiyyət əldə edib. Məmmədyarov 46-cı gedişdən sonra təslim olub.

Paylaş:

Ən son xəbərlər