Alman zabitlərinin gəldiyi, Mixaylonun gizlənərək müqavimət göstərdiyi ''Uzaq sahillərdə'' filmindəki bəzi səhnələr Ağsu rayonunun Kövlüc kəndindəki bir evdə çəkilib.
Pravda.az-ın məlumatına görə, Bakı Kinostudiyasının yaradıcı kollektivi rayonda bir ay çəkilişlər aparıb. Kövlüc kəndində lentə alına biləcək müxtəlif məkanlara baxış keçirilib. Mixaylonun silahdaşı Visilinin "ata evi"nə, kəndin cənub şərqində dərədən qalxan yoldakı bir ev uyğun bilinib.
Evin qarşısında faşistlərin sakinləri topladıqları yerə baxarkən gözlərimiz qarşısında filmin həmin səhnələri canlanır.