Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Azərbaycanla sərhəddəki təlimlərdə İranın üç hərbçisi həlak olub?

1 120
Paylaş:
Azərbaycanla sərhəddəki təlimlərdə İranın üç hərbçisi həlak olub?

İran ordusunun Azərbaycanla sərhəd ərazilərdə keçirdiyi hərbi təlimlər zamanı 3 hərbçi həlak olub.

Pravda.az xəbər verir ki, bu barədə məlumatı İsrailin Ordu Radiosu öz tviter hesabında paylaşıb.

Məlumata əsasən, 3 iranlı hərbçi “Xeybər fatehləri” adlandırılan təlim zamanı İran helikopterindən buraxılan raket nəticəsində həlak olublar.

Bununla belə, İran ordusunun şimal-qərb regionundakı qərargahının komandanı, briqada generalı Əli Hacilo bu məlumatları təkzib edib və bildirib ki, hərbi təlimlər uğurla həyata keçirilib və heç kim nə yaralanıb, nə də həlak olub.

Paylaş:

Ən son xəbərlər